Çərşənbə axşamı , May 26 2020
azfa

Türkiyə İraqın şimalında 600-dən çox PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədər 676 PKK döyüşçüsü öldürülüb.

Hesabatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri əvvəlki kimi PKK terrorçularına, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan digər terror təşkilatlarına qarşı fəal mübarizə aparacaq.

Qeyd edək ki, mayın 27-də Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pençe (“Pəncə”) adlı genişmiqyaslı əməliyyata başlayıb.

Terrorçu PKK ilə Türkiyə arasındakı münaqişə 40 ilə yaxındır davam edir. Bu illər ərzində 40 mindən çox insan həyatını itirib. PKK terror təşkilatı kimi BMT və Avropa Birliyi tərəfindən tanınıb.

Həmçinin yoxlayın

Türkiyə Yunanistanın dənizə buraxdığı daha 72 miqrantı xilas etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İzmir vilayətinin Foça qəsəbəsində Yunanıstan Sahil Mühafizəsi tərəfindən …

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May Azərbaycan Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə bildirişi

GADTB: 28 May Azərbaycan Cümhuriyyətinin yaranmasının ildönümüdür. Azərbaycan türk milləti tarix boyu böyük imperatorluqlar qursa …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir