Cümə , Aprel 26 2024
azfa

Türkiyə ZAHA hərbi maşınını təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ZAHA zirehli amfibiya hücum vasitəsi yaxın zamanda Türkiyə donanmasının inventarına daxil olacaq.

FNSS şirkəti tərəfindən istehsal edilən hərbi texnika dənizdə maksimum 7 düyün, quruda 70 km/saat sürətlə hərəkət edə bilir. 90 sm-lik şaquli maneələri və 2 metr dərinliyindəki xəndəkləri asanlıqla keçə bilir.

ZAHA 12,7 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatanla təchiz olunub. Texnika əməliyyat zamanı gəmi ilə sahil arasındakı məsafəni ən sürətli şəkildə qəbuletmə qabiliyyətinə malikdir.

ZAHA əməliyyat başlayarkən sahilə yanaşan gəmilərdən dənizə enir və qoşunları atəş dəstəyi ilə qoruyaraq qısa müddətdə quruya çıxmasına şərait yaradır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın