Cümə axşamı , Sentyabr 24 2026
azfa

Rejimin Ərdəbildəki baş prokuroru siyasi məhbus Abbas Lisanini yas mərasiminə buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayi rejimin həbsə atdığı milli fəal Abbas Lisaninin vəfat edən qardaşının dəfn mərasimində iştirak etməsi üçün məzuniyyətə buraxılmasına icazə verməyib.

Təbatəbayi Lisani ailəsinin milli fəalın yas mərasimində iştirakı üçün yazdığı məzuniyyət ərizəsinin üzərinə “qanun çərçivəsində icra olunsun” yazaraq ərizəni rejimin Ərdəbildə yerləşən zindana göndərib.

Rejimin Ərdəbil zindanındakı nəzarətçi hakimi isə ailəni bir neçə saat gözlətdikdən sonra məzuniyyət istəyinin qəbul edilmədiyini bildirib. O, bu qərarın “Abbas Lisaninin koronavirusa yoluxmaması üçün” Ərdəbilin baş prokuroru tərəfindən verildiyini iddia edib.

Abbas Lisaninin oğlu isə hakimin qərarının qanunsuz olduğuna bildirib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Müharibə zamanı Çin İrana 1 300 dron və raket komponentləri partiyası göndərib

GADTB: “Wall Street Journal” qəzetinin məlumatına görə, Çin 2026-cı ilin ilk altı ayında İran Müdafiə …

Bir cavab yazın