Cümə , Aprel 26 2024
azfa

Türkiyə bir ayda Yunanıstanın dənizə buraxdığı 1000 nəfərə yaxın qaçqını xilas edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı qrupları Avropaya getmək üçün çıxdıqları səfərdə Yunanıstanın Türkiyə quru sularına geri itələnən nizamsız immiqrantları çarəsizcə dəniz ortasında qalmaqdan qurtarır.
Yunanıstan tərəfindən son 1 ayda geri qaytarılan 929 qaçqın Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən xilas edilib.
Türkiyə quru sularında gərgin çalışan xilasetmə qrupları 22 iyunda 3 nöqtədə – İzmir, Çanaqqala və Balıkesirdə təşkil etdikləri əməliyyatlarla ümumi 124 nizamsız immiqrantı qurtarıblar.
20 iyulda Balıkesirdəki xilasetmə əməliyyatı adada çarəsiz qalan qaçqınlar üçün reallaşdırılıb.
Yunanıstan sahil təhlükəsizlik qüvvələri tərəfindən geri itələnən və Ayvalıq sahillərindəki Çıplak adada qapalı qalan 39 nizamsız immiqrant da Türkiyə tərəfindən qurtarılıb.
Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının məlumatına görə, bu il 1 yanvar – 22 iyul dövründə dəniz yoluyla Yunanıstana getməyə çalışan 12 min 609 qaçqın saxlanılıb. Təkcə 1-22 iyul tarixləri arasında saxlanınanların sayı 882 olub.
Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən quruda təsbit edilən, dənizə çıxmadan tutulan nizamsız immiqrant sayı isə 1-30 iyul arası 4511-dir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın