Cümə , Aprel 26 2024
azfa

Türkiyə Fəza Agentliyi yaradıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə öz Fəza Agentliyini yaradıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni agentliyin nizamnaməsi təsdiqlənib və səhaliyyətləri müəyyənləşdirilib. Qurum müstəqil fəaliyyət göstərəcək və ayrıca büdcəsi olacaq.

Yeni yaradılan qurum Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə əlaqəli şəkildə işləyəcək. Agentlik ölkənin Hava-fəza sənayesinin inkişafına məsuliyyət daşıyacaq.

Agentliyin danışıqlar aparmaq, dövlət adından kosmik aparatların istifadəsi məsələləri üzrə sənədlər də daxil olmaqla müqavilələr imzalamaq səlahiyyəti var.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın