Çərşənbə , May 8 2024
azfa

Türkiyə Makronun erməni yalanlarına uymasına sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımının anım günü kimi qeyd etmək qərarını kəskin şəkildə tənqid edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalının bu barədə deyib: “Makronun “erməni soyqırımı”nın anım günü ilə bağlı elan xarakterli açıqlamasını şiddətli qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə həqiqətlərin işıqlandırılması üçün Ortaq Tarix Komissiyası yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar”.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın