Cümə , Aprel 26 2024
azfa

Türkiyə türk dünyası gəncləri üçün yeni program elan edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə Xaricdəki Türklər və Əqrəba İcmaları  İdarəsi (YTB) xaricdə yaşayan türk uşaqları üçün Türk dili üzrə magistr və doktorantura təhsili almış vətəndaşları dəstəkləmək istiqamətində iki təqaüd programı elan edib.

YTB-dən verilən məlumata görə, İdarə xaricdə yaşayan gənc vətəndaşların akademik, sosial və mədəni cəhətdən inkişaf etmələri üçün müxtəlif proqramlar tərtib etməyə davam edir.

Xaricdə yaşayan uşaqların Türk dili və mədəniyyətini öyrənməsinə töhfə verməyə çalışan İdarə, eyni zamanda xaricdə magistr və doktorantura təhsili alan vətəndaşlara da dəstək verir.

Bu çərçivədə YTB türk uşaqları üçün müəllim hazırlamaq məqsədilə “Xaricdə Türk uşaqlarına Türkcə öyrətmə magistr programı” və ” Xaricdəki Vətəndaşların Tezis Araşdırması Bursu Proqrami’na start verib.

Sözügedən proqramlarda iştirak üçün müraciət 15 aprel-15 iyun tarixlərində

https://www.ytb.gov.tr/turkceylp/ və www.ytb.gov.tr/yvburslari internet ünvanları vasitəsilə aparılacaq.

Proqrama xaricdə yaşamaq hüququ olan 40 yaşına qədər türk vətəndaşları, mavi kart sahibləri və ikili vətəndaşlığı olan şəxslər müraciət edə bilərlər.

Müraciəti qəbul edilən namizədlər Türkiyədə iki semestr təhsil aldıqdan sonra məskunlaşdıqları ölkədəki təhsil müəssisələrinin birində staj və tezis dövrünü əhatə edəcək dörd semestri də bitirəndən sonra məzun olacaqlar.

Proqrama qəbul edilən tələbələrin universitet təhsil haqları YTB tərəfindən ödəniləcək və namizədlər aylıq təqaüdlə bərabər yataqxana ilə də təmin olunacaqlar.

Xaricdə magistr və doktorantura təhsili alan vətəndaşlara da təqaüd veriləcək.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın