Çərşənbə , May 8 2024
azfa

UEFA 2020 Avropa Çempionatını koronavirusa görə təxirə salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, UEFA 2020 Avropa Çempionatını koronavirusa görə təxirə salıb.

Üzv ölkələrin iştirakı ilə keçirilən telekonfransda 1 il təxirə salınma təklifi 55 ölkəyə, 250 klubu təmsil edən Avropa Klubları Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) verilib.

Tərəflər təklifi qəbul edib və beləliklə, koronavirusa görə 12 ölkənin ev sahibliyi edəcəyi oyunların 2021-ci ildə keçirilməsi qərarlaşdırılıb.

Qərar UEFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Komitənin iclası saat 18:00-da keçiriləcək.

Xatırladaq ki, AVRO-2020 bu ilin 13 iyun-13 iyul tarixlərində keçirilməli idi.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın