Cümə , Aprel 26 2024
azfa

Urmiya gölü barədə yalan vədlər verən Ruhani Urmiya səfərində gölə baxış keçirməyəcək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiya gölünün bərpasına dair yalan vədlər vermiş işğalçı fars rejimin prezidenti Ruhani Urmiya səfərində Urmiya gölünə baxış keçirməməklə öz yalançı və Antiazərbaycan xislətini gizlədə bilməyib.

Məlumata görə, Ruhaninin 3 dəfə təxirə salınan Qərbi Azərbaycan əyalətinə səfəri noyabrın 19-da baş tutacaq.

Bu barədə Urmiyanın məclisdəki millət vəkili Hadi Bahaduri danışıb. O bildirib ki, Ruhani bir neçə layihənin açılışında iştirak edəcək.

Qərbi Azərbaycan Valiliyinin yaydığı məlumata görə, Həsən Ruhaninin səfər proqramında böhran içində olan Urmiya gölünə baxış keçirmək yer almayıb.

Qeyd edək ki, İran prezidentinin Qərbi Azərbaycan əyalətinə səfəri oktyabrın 23-nə təyin olunsa da təxirə salınmışdı.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın