Cümə , Aprel 26 2024
azfa

Urmiya gölünün duzlu tozlarının xəstəliyə səbəb olduğu təsdiq edildi

GADTB-nin Mətbuat Mərkəzinin İran saytlarına istinadən yaydığı məlumata görə Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rəisi Cavad Ağazadə jurnalistlərə müsahibəsində bu barədə açıqlama verib. O Urmiya gölünün duzlu tozlarının xəstəliklərə səbəb olduğunu təsdiq edib.

Cavad Ağazadə deyib: “Urmiya gölünün fırtına və küləklə yerdən göyə sovrulan duzlu tozları insan sağlamlığna təhlükəlidir və xüsusilə tənəffüs yollarının xəstəliklərinin yayranmasına səbəb olur. Lakin duzlu tozların xərçəngə də səbəb ola biləcəyini uzun müddət tədqiqatdan sonra təsdi etmək mümkün olar.

Qeyd edək ki, İran rejimi qəsdən son onilliklrdə Urmiya gölünə tökülən çayların qarşısında çoxsaylı bəndlər tikməklə gölün qurumasına səbəb olub. Bununla da Azərbaycan ərazisi tədricən duz tozları nəticəsində xarabalığa çeriləcək. Rasist fars rejiminin bundan məqsədi isə azərbaycanlıların öz yurdlarından məcbur olaraq fars bölgələrinə köçüb farslaşmasına şərait yaratmaqdır.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …