Şənbə , Aprel 27 2024
azfa

Urmiyada noyabr etirazları ilə bağlı 22 nəfər məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Urmiya şəhərində 22 nəfəri noyabr ayında etirazlar la bağlı məhkəməyə çağırıb.

HRA agentliyinin məlumatına görə, etirazlar zamanı tutulan və daha sonra müvəqqəti azadlığa buraxılan 22 nəfər “son müdafiə” üçün məhkəməyə çağırılıblar.

Rejimin prokuroru Behzad Sarxanlının imzaladığı çağırış vərəqəsində Zəhra Bayat, Məhəmməd Nikxu Daştəpə, Zəhra Həbibi, Sevda Məhəmmədi Balanış, Həmid Purnəcəfi, Keyvan Nəcəfi Baldırlı, Ramin Heydəri Qutlu, Fatma Zeynali, Puyan Bəşirxudayi, Müjgan Təhmasibzadə, Əli Hüseyni Almanava, Rza Dərvişi, Əmir Məşuf, Məhəmməd Əlizadə, İrfan Əsgərdost, Əzra Xudadadi Ağgünbəz, Məhəmmədrza Qadir, Hüseyn Həbibvəndiyan, Mahmud Əlizadə, Səccad Sabir Kürdlər, Rəsul Damad Çonqaralı və Keyvan Əlizadədən 5 gün ərzində məhkəməyə müraciət etmələri tələb olunub.

Məhkəməyə çağırılanlar “ümumi intizam və asayişi pozmaqda” ittiham olunublar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın