Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Liviya hökumətinin xahişindən sonra Türk ordusunun bu ölkəyə girmə ehtimalı artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyanın Milli Razılıq Hökumətinin Ankaradan rəsmən hərbi dəstək istəməsindən sonra türk ordusunun 2020-ci ildə bu ölkəyə yardım üçün girməsi ehtimalı artıb.

Əgər bu gerçəkləşərsə, Liviya Türkiyənin hərbi heyətinin mövcud olduğu 13-cü ölkə olacaq.

Hazırda Şimali Kipr Türk Respublikasında 20 min, Suriyada təxminən 16 min, İraqda 2500, Əfqanıstanda 400, Somalidə 300, Qətərdə 290, Kosovada 270, Bosniya və Hersoqovinada 165, Azərbaycanda 70, Albaniyada 30 türk hərbçisi var.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələri (TSQ) bəzən dənizdə terrorla mübarizə çərçivəsində Bəhreyndəki Birləşmiş Dəniz Qüvvələri Qərargahına da gəmi və şəxsi heyət göndərir.

Qeyd edək ki, ötən gün TSQ-dəki səlahiyyətli şəxslər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın