Çərşənbə , May 8 2024
azfa

Vasiqi qardaşlarının həbsdə saxlandığı Ərdəbil zindanının 2-ci bölməsində də koronovirus yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşlarının saxlandığı bölmədə də koronavirus yayılıb. Onlar ailələri ilə telefon əlaqəsində məhbus yoldaşlarının səkkizində koronovirus simptomlarının müşahidə edildiyini bildiriblər.

Fəallar bildiriblər ki, həmin səkkiz məhbusun tibb mərkəzinə köçürülməsindən sonra, 2-ci bölmədəki digər məhbuslar da koronovirusa yoloxmaları ilə bağlı təşvişə düşüblər.

Ərdəbil zindanında təhlükəli vəziyyətin hökm sürdüyü vildirilir. Ərdəbil zindanının 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari də dekabrın 1-də ailəsi ilə telefon əlaqəsində noyabrın otuzundan birinə keçən gecə Abbas Lisani ilə birlikdə koronovirus simptomları ilə Ərdəbil həbsxanasının tibb mərkəzinə köçürüldüyünü, ancaq həbsxananın başqa bölmələrindən çox sayda koronovirus xəstəsinin tibb mərkəzində yerləşdirildiyi və boş yer olmadığı üçün yenidən 7-ci bölməyə qaytarıldıqlarını bildirib.

Kari bildirib ki, Abbas Lisani qızdırma, oskurək və kəskin əzələ və baş ağrısından əziyyət çəkir.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın