Cümə , Aprel 26 2024
azfa

Xəzərin dibi ilə iki türk ölkəsindən fiber-optik kabel magistralının çəkilməsi müzakirə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ramin Quluzadə, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın “Aşqabat Şəhər Telefon Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, “Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay iştirak ediblər.

Üçtərəfli görüş zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə “Siyəzən-Türkmənbaşı” fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın