Cümə , Aprel 26 2024
azfa

Yunanıstanın sərhəd qoşunları qaçqınlara yenə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropaya keçmək üçün sərhəddə gözləyən qaçqınlara Yunanıstan yenə bibər və gözyaşardıcı qaz bombaları ilə hücum edib.

Aralarında uşaqlar və körpələr də daxil olmaqla yüzlərlə sığınacaq axtaran şəxs qazdan təsirlənib.

Analar və atalar ağlayaraq uşaqlarını qollarında səhra xəstəxanasına gaparıblar.

Buradakı ilk müdaxilələrdən sonra onların əksəriyyəti dövlət xəstəxanasına aparılıblar.

Bu arada, Yunanıstan sərhəd qoşunları Edirnedə Avropaya keçməyi gözləyən qaçqınların üzərinə gözə qısa müddət də olsa tutulduğu zaman zərər verdiyi məlum olan yaşıl lazer işığı tutmağa başlayıb.

Edirne vilayətindəki Səhiyyə müdiri  Əli Ərdoğan Cengiz Kalkan lazer şüalarının korluğa səbəb ola biləcək qədər təsirinin ola biləcəyini ifadə edərək, “Bir tərəfdə uşaqlara, qadınlara, sığınacaq axtaranlara şəfqət əlini uzadan Türkiyəni, bir tərəfdə də qaçqınlara qəddarca davranan Yunanıstanı görürük” deyib.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın