Əbülfəz Elçibəyin xatirəsinə sərgi keçirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Milli Hərakatçılar Birliyinin təşəbbüsü ilə Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin xatirəsinə həsr edilmiş rəsm sərgisi keçirilib.

Sərgidə 17 yeniyetmə 20-dən çox rəsm əsəri ilə çıxış edib. Sərgilənən rəsmlər, əsasən, məktəblilər tərəfindən çəkilib. Bununla yanaşı, rəssam Pəri Miniatür və başqa rəssamların əl işləri də sərgidə təqdim olunub.

Tədbirdə sərgilənən 20-dən çox rəsm əsərinin müəllifləri arasından müsabiqənin qalibləri elan edilib. Bundan başqa, təşkilatçılar və qonaqlar da çıxış edərək öz fikirlərini səsləndiriblər.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …