Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə Krım tatarları və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Krım tatarlarının hüquqları və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” zirvəsində çıxış edib.

Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

M. Çavuşoğlu beynəlxalq ictimaiyyətə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı çağırış edib.

 ““Krım platforması”nın Krımın və Krım tatarlarının hüquqlarının müdafiəsində əhəmiyyətli rol oynayacağına inanırıq”, – deyə XİN başçısı vurğulayıb.

O, Türkiyədə çox sayda Krım tatarının yaşadığını da xatırladıb. Türkiyəli nazir vurğulayıb ki, tatarlar tarixlərindəki bütün çətinliklərdən sonra ayağa qalxmağı bacarmış millətdir.

M. Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenskiyə parlamentarilərlə birlikdə Krım tatarlarının Ukraynanın yerli xalqı kimi tanınmasında göstərdiyi səylər üçün də təşəkkür edib.

XİN başçısı onu da qeyd edib ki, BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar bu məsələnin həllində yaxşı şəkildə təşkilatlanmayıb: “Sülh və diplomatik danışıqlar tək yoldur. Bunun üçün isə təbii ki, effektiv koordinasiya lazımdır. Bu platformanın dayanıqlı sülhə nail olmaq üçün əhəmiyyətli başlanğıc olacağına ümid edirik”.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …