Cümə , İyun 25 2021
azfa

Əhər bağçıları da məhsullarını sata bilmədikləri üçün yol kənarına tökür

GADTB-nin mətbuat mərkəzinin yaydığı məlumata görə, İran rejiminin ayrı-seçkilik siyasəti, eləcə də bağçılıq məhsulları sahəsində mafiyanın yaradılmasına şərait yaratdığı üçün Güney Azərbaycanın müxtəlif bölgələrində bağçılar öz məhsullarını, xüsusilə alma məhsullarını sata bilmədikləri üçün yol kənarlarına tökürlər. Məlumata görə, Meşginşəhr, Marağa, Urmiya və digər bir neçə şəhərdə bəzi bağçılar meyvə ağaclarını kəsməyə məcbur olublar. Son məlumata görə isə Əhər bölgəsinin bağçıları öz məhsullarını yol kənarına tökməyə məcbur olublar.Qeyd edək ki, İran rejiminin Kənd Təsərrüfatı Nazirliyinin məqsədli şəkildə iqtisadi siyasəti nəticəsində Azərbaycan bağçıları becərdikləri almanı satmağa yer tapa bilmirlər. Bağçıların bu vəziyyətinə kəskin etirazından sonra azərbaycanlı millət vəkilləri Tehranda yerləşən alma mafiyasını bu problemin əsas günahkarı kimi ifşa edib, bu barədə kənd təsərrüfatı naziri Mahmud Höccətinin cavabdeh olduğunu qeyd ediblər.

 

Həmçinin yoxlayın

İrqçi farslar Tehranda Məşrutə başçısı Bağır xanın adını daşıyan metro stansiyasının adını dəyişdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda irqçi farslar çox sayda küçə və prospektə …

Əmır Teymurun qılıncı İrəvan sər aslanı Həsən xana necə keçdı?

GADTB: Əmir Teymurun qılıncının harada olmasi ilə bağlı bir çox əfsanələr var. Böyük Tamerlanın Şərqi …