Çərşənbə axşamı , May 26 2026
azfa

Urmiya Universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılmasını tələb edir

GADTB-nin mətbuat mərkəzinin “Təsnim” xəbər agentliyinin saytına istinadən yaydığı məlumata görə, Urmiya universitetinin öyrənci və müəllimləri Urmiya gölünün qurtarılması tələbi ilə imza toplayıblar. Urmiya Universitetinin Su Mühəndisliyi Elmi Cəmiyyətinin katibi Məhəmməd Kuhani bu barədə deyib:

“Urmiya Universitetinin Mədəniyyət Bölməsinin keçirdiyi sərgidə cəmiyyət və təşkilatların fəaliyyətinin məhsulunu nümayiş etdirmək üçün münasib şərait yarandı”.

O bildirib ki, təmsil etdiyi cəmiyyət Urmiya gölünə dəstək vermək məqsədi ilə imza toplamaq üçün bir sərgi stendindən istifadə etdi. Sərgi öyrəncilər və müəllimlər tərəfindən rəğbətlə qarşılandı. Stend bir neçə saat sonra imzalarla doldu, bundan sonra biz daha bir neçə stend sifariş etdik. Qısa müddətdə bu qədər imzanın toplanması göstərdi ki, universitet öyrənciləri və müəllimləri Urmiya gölü böhranı ilə bağlı narahatdır.

Kuhani həmçinin qeyd edib ki, Urmiya gölü hamıya aiddir. Ona görə də gölün bərpası üçün elmi, əməli və ictimai tələbə ehtiyac var. Bu işi siyasiləşdirmək və ya cinahlar arası məsələlərə çevirmək doğru deyil.

Qeyd edək ki, Urmiya gölünün suyunun son ildə yenə azalması Azərbaycan türklərini hərəkətə gətirib. İran rejimi isə müxtəlif bəhanələrlə yenə gölün qurtarılmasından boyun qaçırır. Artıq maliyyə azlığı bəhanə edilib və gölün bərpası dayandırılıb.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …