GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı fəalların və əhalinin etirazından sonra Urmiyanın məclisdəki millət vəkili Ruhullah Həzrətpur Urmiyada türk mənşəli Gölmanxana adının farslaşdırılmasına qarşı çıxdılar.
Millət vəkili Azərbaycanın əzəli ərazisində türk mənşəli Gölmanxana adının dəyişdirilməsinə Azərbaycan millətinə xiyanət adlandırıb.
Qeyd edək ki, rejimin əlaltıları Urmiyanın 15 kilometrliyində yerləşən “Gölman” şəhərciyinin adını türkcədən farscaya çevirmək qərarında israrlıdır. Artıq Urmiya Şəhər Şurası üzvlərinin şəhərciyin “Dəryaşəhr” adlandırılması haqda qərar qəbul etdiyi bildirilir.
Minlərlə soydaşımızın yaşadığı şəhərcikdə bərbad keyfiyyətsiz şəkildə tikilən “Mehr” yaşayış evləri tikilib.