
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalini bir tikə çörəyə möhtac edən irqçi fars rejim daha bir yeni hərbi texnikasını təqdim edib.
Rejimin Müdafiə Nazirliyi yerli ekspertlər tərəfindən hazırlanmış yeni tip, müasir zirehli və taktiki döyüş avtomobillərini təqdim edib. Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, təqdimetmə mərasimində İran Müdafiə naziri Əmir Hatəmi də iştirak edib. Yeni hazırlanan taktiki döyüş avtomobillərinin “Aras 2”, zirehli avtomobillərin isə “Rad” adlandırıldığı vurğulanıb.