Cümə axşamı , Yanvar 2 2025
azfa

Əlişir Nəvainin türkcə “Xəzainül-Məani” əsəri nəşr olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə ilk dəfə olaraq böyük şair Əmir Əlişir Nəvainin 4 cilddən ibarət “Xəzainül-Məani” şerlər toplusu çap olunub.

4 cildlik şerlər toplusu ədəbiyyat tədqiatçısı Qulamrza Rəzmi tərəfindən çapa hazırlanıb.

Qulamrza Rəzmi bununla bağlı deyib: “Əmir Əlişir Nəvainin əsərlərini 2012-ci ildə tanımışam. Nəvainin 4 cildlik türkcə şerlər toplusunun olduğunu bildikdən sonra onun 2900 qəzəlini müasir və anlaşılan Azərbaycan türkcəsinə çevirmişəm.

Nəvainin birlikdə “Xəzain-ül-Maanı” adı ilə tanınan 4 cildlik şerlər toplusu var. Onlar “Qəraib-ül-Siğr”, “Nəvadir-ül-Şəbab”, “Bədayi-ül-Vəsət” və “Fəvaid-ül-Kibr” adlanır.”.

Qeyd edək ki, Əmir Əlişir Nəvai türk dünyasının böyük şairi və ədəbiyyat üzrə böyük şəxsiyyət hesab olunur. Nəvai  30 əsər yaradıcısıdır onun 28 əsəri sırf türkcə yazılıb. 

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …