Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Əndirgan qızıl mədənində siyanor sızması nəticəsində ekoloji fəlakət baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziqan bölgəsində yerləşən Əndirgan qızıl mədənində siyanor sızması nəticəsində ekoloji fəlakət baş verib.

Mədəndən sızan siyanor zəhərli tullantıları Meyvərud kəndi, eləcə də yerüstü və yeraltı su hövzələrinə qarışıb. Bu da ekoloji fəlakətə səbəb olmaqla yanaşı, insanların həyatı və onların maldarlıq təsərrüfatına böyük ziyan vurub.

İran rejimin gəlir məqsədi mədəni verdiyi xaricilər və rejimin isə təqdim etdikləri sənədlərdə mədəndə hər hansı bir sızma halının müşahidə olunmadığı iddia edilir.

Nəticədə baş verən sızmalarla bağlı heç bir tədbir görülmüyüb.

Son məlumatlara görə baş verən təbii fəlakət nəticəsində hələlik Əndirgan qızıl mədəni plomblanıb.

Şərqi Azərbaycanda Ekologiya Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qurum mədəndə qızıl çıxarma prosesi ilə məşğul olan şirkətin rəhbərliyinə ətraf mühitə vurulan zərərlərin və su hövzələrinə sızan zəhərli tullantıların aradan qaldırılması ilə bağlı müəyyən vaxt cədvəli verib. Həmin problemlər aşkarlanıb aradan qaldırılana qədər mədəndə bütün işlər dayandırılır.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan mədənlərini qeyri-standart şəkildə istismar edib taladığı üçün ekoloji fəlakətə səbəb olur.

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın