Cümə axşamı , Dekabr 11 2025
azfa

Ərdəbil bölgəsində yaşıllıq zolağı məhv edilir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsində yaşıllıq zolağı məhv edilir. Ətraf mühit və sosial media fəallarının verdiyi məlumata görə, Ərdəbil şəhərində böyük ərazini əhatə edən yaşıllıq zolağı dağıdılır.

Ərdəbil Şəhərinin Bəsic meydanının yaxınlığında yerləşən Səminəjad və Şəriət bağı kimi tanınan  9 hektar ərazidə olan uzun ömürlü ağaclar kəsilir.

Ətraf mühit fəalları xüsusilə son illər Ərdəbildə yaşıllıq zolaqlarının məhv edildiyini və şəhərin ekoloji durumunun günü-gündən ağırladığını bildirirlər.

Qeyd edək ki, bundan öncə bələdiyyə idarəsi yaşıllıq zolağının park kimi istifadəyə veriləcəyini bildirsə də, bu baş tutmayıb.

Bağ hasara alındıqdan qısa müddət sonra oradakı ağacları kəsməyə başlayıblar.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına …

Molla rejimin İranda yaşayan yəhudilərə təzyiqi artdı

GADTB: İran parlamentinin yəhudi millət vəkili Həmayun Sameyəh Nəcəfabadi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə çağırılıb. …