Cümə , Oktyabr 16 2026
azfa

İsrail İranın nüvə obyektlərini məhv edəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın heç bir nüvə obyekti hərbi hücumdan sığortalanmayıb və lazım gəldikdə məhv ediləcək.

Bu sözləri İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Zaçi Heneqbi deyib.

“Ümid edirik ki, İranın nüvə problemini heç vaxt hərbi yolla həll etmək məcburiyyətində qalmarıq. Ancaq başqa variant olmadığı halda nüvə proqramının qarşısını almaq üçün istənilən varianta hazırıq. İranın nüvə obyektlərinə hərbi hücumdan başqa yol olmadığı qənaətinə gəlsək, İsraildə hər bir lider belə bir hərəkət üçün cəmiyyətin dəstəyini qazanacaq”, – o bildirib.

Qeyd edək ki, İran Zaqros dağ silsiləsində məhv edilməsinin çətin olduğu iddia etdiyi yeraltı nüvə obyekti tikdiyini açıqlayıb.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …