Çərşənbə , Aprel 22 2026
azfa

Ərdəbil etirazlarında rejimin həbs etdiyi şəxslərin son durumu açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin mayın Ərdəbildə 13-də Ərdəbildə bahalığa və rejimin Azərbaycana qarşı müstəmləkə siyasətinə qarşı keçirilən etirazlarda həbs etdiyi şəxslərin son durumu açıqlandı.

İran rejimi “ Yatan millət çəkəır zillət şüarı ilə keçirilən mitinqdə yaxaladığı fəallara cinayət işi açılıb və onlar təcridxanada həbsdə saxlanılır.

Yaxalananların yaxınlarının verdiyi məlumata görə, 63 nəfər döyülüb və dindirildikdən sonra onlara etiraz aksiyasına qatılmayacaqları ilə bağlı yazılı iltizam alıb, sərbəst buraxıblar.

Tutulanlardan üçü qadın olmaqla 18 nəfərin rejimin Ərdəbildəki zindanına köçürüldüyü bildirilir.

Həbs olunanların yaxınları bildiriblər ki, rejimin Ərdəbildəki ETTELAAT İdarəsinin məmurları onları yaxalananlarla bağlı məlumatları ictimailəşdirməmək üçün təhdid ediblər.

Qeyd edək ki, mayın 13-də Ərdəbildə çox sayda əhali “Yatan millət çəkər zillət” şüarı ilə küçələrə axışıb İran rejiminin Azərbaycana qarşı müstəmləkə siyasəti və səbəb olduğu bahalığa görə etiraz mitinqi keçirmişdilər.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …