Çərşənbə , Oktyabr 21 2026
azfa

Terrorçu Sepah-ın Suriyada tikdiyi tunellər dağıdılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 15-də İsrailin “Image Satellite International” şirkəti İsrailin mayın 13-də Suriyanın Məsyaf şəhərinə hava hücumlarının nəticəsini göstərən peyk görüntülərini yayıb. Görüntülərə əsasən, ölkənin silah-sursat sənayesinə aid Suriya Balistik Raket Araşdırmaları və İnkişafı Mərkəzinin obyektlərinə əslində 3 tunelin girişləri üçün örtük rolunu oynayan bina dağıdılaraq tunellərin girişləri bağlanıb. İçərdəki bəzi təchizata ziyan dəydiyi ehtimal olunur.

Tunellərin tikintisinə İsrailin Suriyanın bu bölgədəki sursat sənayesinin tikintisi və raketlərin yığılması təsisatına hücumundan sonra 2017-ci ildə başlanılıb. Lakin çox çəkmədən bu tunellərin girişi 2018-cı il sentyabrın 4-də İsrail Hərbi Hava Qüvvələri tərəfindən hədəf alınıb.

Bundan sonra İsrail 4 dəfə Məsyafa hücum edib və bu hücumların əsas məqsədi Suriya Müdafiə Araşdırmaları və İnkişafı Mərkəzinin binaları, ballistik raletlərin və onların döyüş başlıqlarının yığılması və tikintisi salonları, İran Müdafiə Nazirliyinin raket mühəndisləri və mütəxəssislərinin, habelə SEPAH-ın Hərbi Hava Qüvvələrinin Raket Komandanlığının zabitinin yerləşdiyi məkanları vurmaq olub.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …