Bazar , Noyabr 29 2026
azfa

İran rejimi Muğanda ​​​​​​​Buta Musiqi Qrupunun konsertinə icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində Buta Musiqi Qrupunun konserti ləğv edilib.  

Bu barədə Buta Musiqi Qrupunun başçısı Əşkan Əhmədi özünün sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

Əhmədinin sözlərinə görə, mayın 17-də Parsabadın “İnqilab” kinoteatrında keçirilməsi nəzərdə tutulan konsertin icazəsi mayın 16-da ləğv edilib.

Qeyd edək ki, bundan bir neçə gün öncə mayın 12 və 13-də Makan Fars Musiqi Qrupu Parsabadın “İnqilab” kinoteatrında konsert keçirib. Lakin rejim Azərbaycan musiqisinə icazə verməyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …