Cümə , Yanvar 3 2025
azfa

Ərdəbildə azərbaycanllı fəallar rejimin həbs etdiyi milli fəallara azadlıq tələbilə bannerlə aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin mərkəzində Güney Azərbaycan Milli Hərəkatının həbsdə olan fəallarına dəstək şüarı və azadlıq tələbi yazılmış böyük banner asılıb.

Azərbaycanlı fəallar rejimin həbs etdiyi milli fəalların şəkillərini ehtiva edən banneri şəhərin piyada keçidindən asmışlar.

Banner üzərində aşağıdakı şüarlar da yazılıb:

“Azərbaycan milli fəallarına azadlıq!

Azərbaycan övladlarının haqq səsi zindan və işgəncə ilə susdurulmayacaq!”

https://www.youtube.com/shorts/ajioVbOXZy4

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …