Bazar ertəsi , Fevral 9 2026
azfa

Ərdəbilin imam cüməsi Amili Azərbaycan şəhərləri arasında ixtilaf salır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin rəhbərinin Ərdəbilə təyin etdiyi antimilli imam cümə Həsən Amili Azərbaycan şəhərləri arasında ixtilaf salmaq məqsədi ilə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirmə çağırıb.

Buna bəhanə isə rejimin Daxili İşlər Nazirliyinin Ərdəbil vilayətində yerləşən “İmarət” kəndinin Şərqi Azərbaycana birləşdirilməsi olub. Rejimin Daxili İşlər Nazirliyi 2018-ci il noyabr ayının 6-da Germi məntəqəsində yerləşən “İmarət” kəndinin Horand məntəqəsinə birləşdirilməsi barədə qərar qəbul edib.

Azərbaycanlıdaxili inzibati ərazi bölgüsü hesab edilən bu məsələni bəhanı edən Həsən Amili Şərqi Azərbaycan və Ərdəbil vilayətləri arasında ixtilaf salmağa başlayıb. O cümə namazı xütbələrində hədə-qorxu gələrək deyib ki, Nazirlər Kabineti bu yanlışlığı dərhal aradan qaldırmasa, yerli gənclərlə birlikdə Ərdəbil Valiliyinin qapısını bağlayacaq, valini isə istirahətə göndərəcək.

Azərbaycanlı fəallar isə Amilinin Azərbaycan şəhərləri arasında ixtilaf salmasına kəskin etiraz edərək, bildirirlər ki, necə olub Heyran gədiyini Ərdəbildən ayırıb Gilan vilayətinə birləşdirəmdə Amilinin səsi çıxmırdı və qətiyyən etiraz etmirdi? Və ya hər hansı fars vilayətinə Ərdəbil vilayətindən neçə qat artıq büdcə ayıranda Amili heç etiraz etmirdi? İndi isə Azərbaycandaxili ərazi bölgüsünə özündən çıxıb və Azərbaycan şəhərlərini bir-birinə qarşı qoymaq istəyir.

 

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın