Bazar ertəsi , Sentyabr 25 2023
azfa

Ərdoğan ABŞ-ın Türkiyəni müttəfiq kimi itirə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın sanksiyalar tətbiq etmək hədələrinə baxmayaraq, Ankara amerikalı rahib Endrü Bransonnun saxlanılmasına dair mövqeyini dəyişməyəcək. bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

O baş verənlərin psixoloji müharibə olduğunu istisna etməyib: “Fikrimcə, bunlar hamısı psixoloji müharibədir. Biz geri dönməyəcəyik. Branson məsələsində biz bazarlıq etməmişik. ABŞ Türkiyəni müttəfiq kimi itirə biləcəyini unutmamalıdır”.

Qeyd edək ki, yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir. Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi – şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens dəfələrlə Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər ediblər. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

İyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

Həmçinin yoxlayın

Azərbaycanda Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya ilə əlaqədar cinayət işi açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət …

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallar işgəncə edildiyi üçün aclıq aksiyasına başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən …

Bir cavab yazın