Şənbə , İyul 19 2025
azfa

Əsəd rejimin təxribatına qarşı Türkiyə ordusu hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Əsəd rejimi qüvvələri İdlib və ətrafına hərbi texnikalar yığmağa başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri də hərəkətə keçib. Bölgəyə çoxlu sayda zirehli texnika, tank, güllə keçirməyən təhlükəsizlik kabinələri və hərbi radarlar göndərilib.

Bundan başqa, rejimin hücum ehtimallarına qarşı ərazidə yeni postlar yaradılıb və səngərlər qazılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədən İdlib istiqamətində hərəkət edən hərbi konvoya hücum edilib. Hücum zamanı can itkisi qeydə alınmayıb. Bundan sonra Türkiyə ordusunun bölgədə genişmiqyaslı əməliyyatlara başladığı bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …