Şənbə , İyul 11 2026
azfa

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

GADTB: Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il 24 iyunda Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur.

Ordubad şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1962-ci ildə SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləmişdir. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilmiş, 1964-cü ilin oktyabrına kimi Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışmışdır. 1965-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və 1969-cu ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-1975-ci illərdə BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləmişdir.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla onu həbs etmiş, 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum etmişdir. Dustaqlıq dövründə Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışdır. 1992-ci ilə qədər böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlmişdir.

Ə. Elçibəy 1989-cu ildə yaranmış Azərbaycan Xalq Cəbhəsinin, 1995-ci ildən ömrünün sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olmuşdur. 1992-ci ilin iyununda Ə.Elçibəy Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 1993-cü ildə hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə getmişdir. 1997-ci ilin noyabrında “Bütöv Azərbaycan Birliyi” ictimai-siyasi təşkilatını yaratmış və ona rəhbərlik etmişdir. 1997-ci ildə Ə.Elçibəy həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilmişdir.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Ankarada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Həmçinin yoxlayın

İraq, Suriya və ABŞ Aralıq dənizi boru kəmərinin bərpası və Hörmüz boğazından asılılığın azaldılması ilə bağlı yeni təşəbbüs irəli sürdülər

GADTB: Məlumatlara əsasən, İraq, Suriya və Amerika Birləşmiş Ştatları Kərkük–Baniyas neft kəmərinin bərpasına dair razılaşmanın …

Müctəba Xameneyiyə aid edilən məktubda o, atasının qisasının alınacağı bəyan edilib

GADTB: İranın mövcud olması barədə sübut olmayan yeni rəhbəri Müctəba Xameneyinin Əli Xameneyinin vida mərasimindən …