Cümə , Noyabr 13 2026
azfa

Gündəlik Arxivlər: Noyabr 2, 2026

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. Həmin mənbələrin məlumatına görə, son günlər bu sərhəddə bir neçə ballistik raket buraxılış qurğusu müşahidə edilib. Azərbaycan hökuməti bu gün, bazar günü, rəsmi mediası vasitəsilə istənilən xarici təcavüzə sərt cavab veriləcəyini bəyan edib. Hökumətyönlü media …

Ətraflı oxu »

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə və qeyri-müəyyən vəziyyətə etiraz olaraq Təbriz şəhərinin 9-cu məntəqə bələdiyyəsinin binası qarşısında aksiya keçiriblər. Həmin mənzillərin mülkiyyətçiləri hələ də mənzillərinin taleyinin müəyyənləşdirilməsini gözləyirlər. Onlar uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılmalarından və tələblərinə cavab verilməməsindən narazılıqlarını bildirirlər. …

Ətraflı oxu »

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar. Xatırladaq ki, İran Prezidentinə Açıq Məktubda deyilirdi: “Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi …

Ətraflı oxu »

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 31-i, şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İslam Respublikası ilə aparılan danışıqlar və hərbi əməliyyatların nə vaxt bərpa ediləcəyi barədə açıq və çətin müzakirə aparıb. “Aksios”un yazdığına …

Ətraflı oxu »

ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər

GADTB: Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini açıqlayıb. O, “X” hesabındakı paylaşımında belə bir qərarın İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqi ilə verilə biləcəyini irəli sürüb. Onun sözlərinə görə, mümkün hücumun hədəfi Külüng dağı ola bilər. Jurnalist deyib ki, uran …

Ətraflı oxu »

Nekunam: Traxturla heç bir əməkdaşlıq aparılmır, hər oyuna çıxmaq üçün çətin şərtlərdən keçirik

GADTB: Traxturun baş məşqçisi komandanın Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı yolunda üzləşdiyi çətinliklərə toxunaraq vurğulayıb ki, bütün problemlərə və lazımi əməkdaşlığın olmamasına baxmayaraq, yetirmələri ən yaxşı oyunlarını nümayiş etdirmək və uğur qazanmaq üçün çalışacaqlar. Traxtur klubunun rəsmi mediasının məlumatına görə, Cavad Nekunam Özbəkistanın Neftçi komandası ilə qarşılaşma öncəsi keçirilən …

Ətraflı oxu »

Urmiya kürd təxribatı; bir mağazaya kürd terrorçu qruplarının istifadə etdiyi “Rojava” adının verildi

GADTB: Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində kürd terrorçu qruplarının tərəfdarlarından biri mağazasına “Rojava” adını verib. Kürd dilində “Qərbi Kürdüstan” mənasını verən bu termin kürd terrorçu qruplarının siyasi və kimlik təbliğatında Suriyanın şimal və şimal-şərqindəki kürdlərin yaşadığı əraziləri ifadə etmək üçün işlədilir. Bu ad Qamışlı, Həsəkə və ətraf ərazilər, …

Ətraflı oxu »