GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini …
Ətraflı oxu »Gündəlik Arxivlər: Noyabr 3, 2026
İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir
GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi Qeqard Mənsuriyan Nurduz sərhəd-keçid məntəqəsinin inkişaf etdirilməsini ölkənin dəniz və hava blokadasının təsirlərini azaltmaq baxımından mühüm addım kimi dəyərləndirib. Mənsuriyan bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin mövcudluğu blokadanın iqtisadi təsirlərini minimuma endirmək üçün imkan yaradır. …
Ətraflı oxu »Donald Tramp İranda Koləng dağına hücum ehtimalından bir daha danışıb
GADTB: Donald Tramp noyabrın 3-də, çərşənbə axşamına keçən gecə İran vaxtı ilə Fox News telekanalına müsahibəsində ABŞ-ın İrandakı Koləng dağı obyektinə hücum edə biləcəyini bir daha dilə gətirib. O bildirib ki, belə bir hücumu “bir saat ərzində” həyata keçirə bilərlər. Koləng dağı və ya Koləng-Gəzla İsfahan vilayətində, Zaqros dağ silsiləsində, …
Ətraflı oxu »İran İslam Respublikası rejimindən bu dəfə Avropa ölkələrinə təhdid
GADTB: Tehran bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti noyabrın 3-ü, çərşənbə axşamı dərc olunan sayında Avropa ölkələrinin xəritəsini yayımlayaraq onlardan bəzilərini işarələyib və İran İslam Respublikası Silahlı Qüvvələrinin hədəflər siyahısının “coğrafi məhdudiyyət olmadan” yeniləndiyini yazıb. Qəzet bildirib ki, ABŞ və İsrail İran İslam Respublikası rejiminin strateji infrastrukturuna hücum edəcəyi təqdirdə, qarşıdurmanın əhatə …
Ətraflı oxu »ABŞ SEPAH-ın Amerika təyyarəsinə raket atmasına cavab olaraq gecə saatlarında Qeşm adasına zərbə endirib
GADTB: “The Wall Street Journal” qəzeti noyabrın 2-si, bazar ertəsi, ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Qeşm adasını hədəfə aldığını bildirib. Bu əməliyyat ABŞ-ın son həftələrdə İrana qarşı həyata keçirdiyi məhdud və ictimaiyyətə açıqlanmayan bir sıra hücumların tərkib hissəsidir. ABŞ rəsmilərinin sözlərinə görə, bu hücumların məqsədi İran İslam Respublikası rejiminin Hörmüz boğazında …
Ətraflı oxu »“Traxtur” Məsqətdə Özbəkistanın “Neftçi” komandası ilə yarışıb
GADTB: Cənubi Azərbaycan təmsilçisi “Traxtur” futbol komandası noyabrın 2-si, bazar ertəsi axşamı Asiya Elit Liqasının dördüncü turu çərçivəsində Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” komandası ilə qarşılaşıb və məticə 2:2 hesabı ilə yekumlaşıb. Qarşılaşma Omanın paytaxtı Məsqət şəhərindəki Sultan Qabus stadionunda keçirilib. Oyunun 55-ci dəqiqəsində Stipe Periçanın qolu ilə “Neftçi” …
Ətraflı oxu »Urmiya şəhərində bir mağazanın üzərindəki “terrorçu qruplaşmaların” parçası götürüldü, obyekt möhürləndi
GADTB: Bundan əvvəl Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində yerləşən bir mağazanın girişində kürd terrorçu qruplaşmalarının tərəfdarları tərəfindən “Rojava” adı ilə asılmış parça yazı götürülüb. Məlumatlarda həmçinin bildirilir ki, həmin ticarət obyekti kəşfiyyat qüvvələri tərəfindən möhürlənib. Bu hadisə bununla bağlı reaksiyalardan sonra baş verib.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi