Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Əkbər Əbülzadə 5 gündür aclıq aksiyasındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iİyunun 7-də Güney Azərbaycanın Əhər şəhərində yaxalanan azərbaycanlı fəal Əkbər Əbülzadə və 5 gündür aclıq aksiyasındadır.

Azərbaycanlı fəal belə ağır vəziyyətdə iyulun 20-də rejimin Təbrizdəki zindanına köçürülüb.

Bu barədə fəalın həyat yoldaşı Sara Xudakərəmi məlumat paylaşıb və yoldaşının aclıq aksiyasına başlamasının səbəbini onun məzuniyyət hüququndan istifadə edə bilməməsi, ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olduğunu deyib.

Qeyd edək ki, azərbaycanlı fəal Əkbər Əbülzadə bu il iyunun 7-də Əhər şəhərində həbs edilib. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazıb: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”.

Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …