Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əli Xameneinin cənazə namazı Müctəba Xameneinin iştirakı olmadan qılındı; Xameneinin digər üç oğlu mərasimdə iştirak etdi

GADTB: İrqçi fars-molla rejimin keçmiş rəhbəri Əli Xameneinin cənazə namazı bazar günü səhər saat 08:00-da Cəfər Sübhani tərəfindən qılınıb. Onun dəfn mərasimi ölümündən dörd aydan çox vaxt keçdikdən sonra keçirilir.

Mərasimin diqqət çəkən məqamlarından biri, atasının ölümündən on gün keçməmiş İranın yeni rəhbəri elan edilən və ayətullah kimi təqdim olunan Müctəba Xameneinin mərasimdə iştirak etməməsi olub. O, atasının cənazə namazını qılmaq üçün də mərasimdə görünməyib.

Bu müddət ərzində Müctəba Xameneidən onun ölkəyə rəhbərlik etmək qabiliyyətini göstərən nə səs yazısı, nə də video yayımlanıb.

Ehtimal olunur ki, İran hakimiyyəti onun atasının dəfn mərasimində belə iştirak etməməsini təhlükəsizlik məsələləri ilə izah edəcək. Lakin müşahidəçilərin fikrincə, artıq hakimiyyətin İsrail və ya ABŞ tərəfindən mərasimə mümkün hücumla bağlı əvvəlki qədər narahat olmadığı görünür. Belə ki, bazar günü keçirilən mərasimdə İranın yüksək vəzifəli rəsmilərinin demək olar ki, hamısı, o cümlədən üç hakimiyyət qolunun rəhbərləri, SEPAH və Qüds Qüvvələrinin komandirləri iştirak ediblər.

Bununla yanaşı, ötən ilin 9 esfəndindən – müharibənin başlandığı vaxtdan bəri ictimaiyyət qarşısında görünməyən Əli Xameneinin digər üç oğlu – Mustafa Xamenei, Məsud Xamenei və Meysəm Xamenei bazar günü atalarının tabutu başında iştirak ediblər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …