Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: Xameneinin dəfn mərasimində iştirak edən bütün İran rəsmilərini öldürə bilərik, amma bunu etmirik

QADTİB: ABŞ Prezidenti Donald Tramp şənbə günü Axios saytına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Əli Xameneinin dəfn mərasimində iştirak edən İran rəsmilərinin hamısını məhv etmək imkanına malikdir, lakin bunu etməyəcək.

Tramp telefon müsahibəsində deyib: “Hamısı oradadır. Bir zərbə ilə hamısını məhv edə bilərik, amma bunu etmirik. Çünki o halda danışıqlar aparacaq heç kim qalmayacaq.”

O, İran rəsmilərinin “razılaşma əldə olunması üçün israr etdiyini” bildirərək əlavə edib ki, tərəflər keçmiş İran rəhbərinin dəfn mərasimi və bununla bağlı tədbirlər başa çatanadək danışıqları bir həftəlik dayandırmaq barədə razılığa gəliblər.

Tramp qeyd edib ki, bu müddət ərzində tərəflərdən heç biri digərinə qarşı atəş açmayacaq.

ABŞ Prezidenti bundan əvvəl də ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən çıxışında bildirmişdi ki, öldürülmüş İran rəhbərinin dəfn mərasiminə görə Tehrana “bir həftə vaxt” verib.

Axios Trampa istinadən yazıb ki, o, dəfn mərasimində bəzi iranlıların ağladığını görəndə təəccüblənib. Çünki onun fikrincə, İran xalqı Əli Xameneiyə nifrət edirdi.

Lakin Tramp bilmir ki, mərasimdə iştirak edənlər xalq deyil, əsasən hakimiyyətə bağlı qüvvələri, o cümlədən Bəsic, SEPAH üzvləri və onların ailələri və dövlət rəsmiləridir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …