Cümə axşamı , Oktyabr 29 2026
azfa

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin əməkdaşlarının Təbrizdə onun iş yerinə basqın etməsindən sonra həbs olunaraq naməlum yerə aparılıb. İndiyədək onun saxlanıldığı yer və vəziyyəti barədə heç bir məlumat yayılmayıb.

Bu həbs Azərbaycanlı fəallara qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin davamı olaraq baş verib. Son həftələrdə «Demokratlar» işi kimi tanınan məhkəmə işi üzrə məhkum edilmiş bir sıra fəallara həbs cəzalarının icrası üçün müvafiq orqanlara müraciət etmələri barədə məhkəmə bildirişlərinin göndərilməsi və onların çağırılması ilə bu təzyiqlər davam edib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …