Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – “Traxtur” oyunu ilə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, tərəfdarlarının irqçi təhqirlərə yol verən meydan sahibi “Malavan”a 3:0 hesablı texniki qələbə qazandırılıb.

Qərara görə, “Traxtur” oyunun keçirilməməsinə görə 3:0 hesabı ilə məğlub elan edilib və 200 milyon tümən cərimələnib. Bundan əlavə, “Traxtur” azarkeşlərinin gələn mövsüm Ənzəlidə keçiriləcək bir oyuna girişinə qadağa qoyulub.

“Malavan” isə cari mövsümün xallarından iki xalın silinməsi, bir milyard tümən cərimə və iki ev oyununu yalnız qadın azarkeşlərin iştirakı ilə keçirmək cəzası alıb. “Malavan” azarkeşlərinin də Təbrizdə keçiriləcək bir oyuna buraxılmaması qərara alınıb.

Beləliklə, keçirilməyən oyunun nəticəsi “Traxtur”un əleyhinə qeydə alınsa da, Qərarın maliyyə cəzaları istisna olmaqla, digər hissələri icra oluna bilər. Tərəflərin apellyasiya şikayəti vermək üçün qərarın bildirilməsindən sonra yeddi günü var.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …