Cümə , Sentyabr 25 2026
azfa

Ərdəbildə Abbas Lisaniyə dəstək olaraq divarlara milli şüarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə Abbas Lisaniyə dəstək olaraq divarlara milli şüarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar yanvarın 15-də Ərdəbil şəhərində həbsdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə divarlara şüarlar yazıblar.

Azərbaycanlı fəallar Ərəbil Şəhərinin bir çox məhəlləsinin divarlarına “Azərbaycanın öz qəhrəmanları var”, “Abbas Lisanini azad edəcəyik”, “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisaninin həyatı təhlükədədir”, “Abbas Lisani Azərbaycanın azadlıq tələbinin simvoludur” və s. şüarlar yazıblar.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. O bu yaxınlarda ağır vəziyyətdə yenidən xəstəxanaya aparılıb.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …