Cümə axşamı , Sentyabr 10 2026
azfa

Türkiyə Uyğur Türklərinin təhsili və media mənsublarının inkişafı üçün müxtəlif layihələr həyata keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) cari il Uyğur Türklərinin təhsili və Asiya-Sakit okean bölgəsindəki media mənsublarının inkişafı üçün müxtəlif layihələr həyata keçirib.

YTB-nin açıqlamasında cari  il Türkiyədə dərin tarixi, dini, siyasi, coğrafi və mədəni əlaqələri olan qardaş, əqrəba və soydaş icmalara istiqamətli təlim və dəstək proqramlarının davam etdiyi bildirilib.

Bu çərçivədə dünyanın hər yerindəki Uyğur diasporuna mənsub gənclərin doğma dillərində bacarıq qazanmaları, sahib olduqları milli və mənəvi dəyərlərini unutmamaları üçün Uyğurca dərs kitabları ilə ağlı fəaliyyətlərə başlanılıb.

Kitabların məzmunu Uyğurca dərc olunan materiallar tətdiq edilərək və diasporda Uyğurca dərs deyən müəllimlər üçün Türkiyə, ABŞ, İsveç, Qırğızıstan, Belçika, Yaponiya başda olmaqla 12 ölkədə aparılan sorğularla müəyyən edilib.

Farabi Təhsil Layihəsi çərçivəsində də fənn və  riyaziyyat sahələrində bacarıq qazanmaları üçün orta məktəb və lisey dövründəki Uyğur gənclər üçün kurs proqramları təşkil edilib.

Bundan əlavə, Asiya- Sakit okean bölgəsindəki ölkələrdə media üzvlərinin inkişafına töhfə vermək və əməkdaşlığı gücləndirmək üçün “Asiya-Pasifik Onlayn Media Təlim Proqramı” hazırlayıb.

Proqram üçün 9 ölkədən 150 nəfər müraciət edib.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …

Bir cavab yazın