Çərşənbə , Sentyabr 18 2024
azfa

Ərdəbildə azərbaycanlı mədəni fəala qarşı həbs qərarı çıxarlıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı mədəni fəal Ramin Şahəndə Ərdəbil şəhərinin bələdiyyə başçısı Mahmud Səfərinin şikayəti əsasında 6 ay həbs və 10 milyon tümən cərimə cəzasına məhkum edilib.

Ramin Şahəndə bələdiyyənin Azərbaycanın tarixi əsərlərinə laqeydliyi, Ərdəbil şəhərinin yaşıllıqlarının dağıdılması, şəhər infrastrukturunun bərbad vəziyyətdə olması barədə paylaşdığı fikirlərə görə cəzalandırlıb.

Bununla yanaşı azərbaycanlı fəalın 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub.

Ramin Şahəndə son paylaşımında isə yazıb: “Barəmdə çıxarılan məhkəmə qərarı siyasi xarakterlidir. Bu qərarın mənim və xalqımız üçün heç bir əhəmiyyəti yoxdur, mən sadəcə həqiqətləri yazmışam və buna görə cəzalandırılıram”.

Həmçinin yoxlayın

Azərbaycan Tehrandakı səfirliyini geri çağıra bilər

GADTB: İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq …

Rusiya Ermənistanı “Smerç” raketləri ilə doldurur

GADTB: Caliber.az sentyabrın 14-də “Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir” məqaləsində Rusiyanın Ermənistana silah …