Bazar , Noyabr 22 2026
azfa

Molla rejimi həbs etdiyi iki azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən çərşənbə axşamı günü Evin zindanında həbsdə olan azərbaycanlı fəal Ayaz Seyfxah və Kərəm Mərdanəni mühakimə edib.

Evin zindanında qeyri-qanuni 8 aya yaxın həbsdə saxlanılan fəallar Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində “İslam Respublikasının daxili və xarici təhlükəsizliyinə qarşı sövdələşmə və toplaşma” və “casusluq” ittihamlarına qarşı özlərini müdafiə ediblər.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …