Bazar ertəsi , Dekabr 2 2024
azfa

Ərdəbildə azərbaycanlı öyrəncilərdən Amelinin gülünc sözləri və cəfəngiyatına qətiyyətli cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-də Ərdəbildə bir qrup azərbaycanlı tələbə bu vilayətin cümə imamı Seyid Həsən Amelinin camaat namazında “Əgər sərhədlər tarixi keçmişə əsaslanarsa, Azərbaycan İrana birləşməlidir” nitqinə layiqli cavab veriblər.

Belə ki, Amelinin gülünc və hədyan çıxışına cavab olaraq ərdəbilli tələbələr şəhər mərkəzinin divarlarından birində “Süngər Bob” cizgi filmi personajının şəklini “Seyid Həsən Ameli İranda ən məşhur Süngər Bobdur” yazısı ilə birlikdə çəkiblər.

Bu əsərin mətni və oxşarlığı Ərdəbilin imam cüməsinin şəxsiyyəti və çıxışına uyğundur. Belə ki o, daim mərkəzdən idarə olunan bir kukla kimi həssas vaxtlarda və təhlükə hiss olunduqda tribunaya çıxır. /Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın COP-29 və Güney Azərbaycanın məruz qaldığı ekoloji problemlərlə bağlı müsahibəsi- Səs

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türkiyə xüsusi təyinatlıları Suriya sərhədində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə …