Bazar ertəsi , May 12 2025
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbusların baneri asılmaqla onlara azadlıq tələb edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbusların baneri asılmaqla onlara azadlıq tələb edilib.

Bannerdə həmçinin azərbaycanlı siyasi məhbusların fotoları da əks olunub.

Bir qrup azərbaycanlı milli fəal Ərdəbil şəhərində 13 nəfər azərbaycanlı siyasi məhbusun fotoları əks olunan baner hazırlayaraq şəhərin çox hərəkətli yerindən asmaqla onlara azadlıq tələb ediblər.

Banerin üzərində Abbas Lisaninin məhkəmədə dediyi sözlər də əks olunub: “Azərbaycan xalqı vücudunun bütün hüceyrələri ilə iqtisadi zülmü hiss etdiyi və duyduğu bir durumda necə səssiz qala bilər?” bu kəlamla yanaşı bannerdə  13 nəfər azərbaycanlı siyasi məhbusun şəkli əks olunub.

Banerdə Əkbər Nəimi, Əlirza Fərşi, Abbas Lisani, Məhəmməd Eyni, Abbas Nikrəvan, Əli Vasiqi, Rza Vasiqi, Tohid Əmirəmini, Əyyub Şiri, Davud Şiri, Əkbər Cahani, Əkbər Azad, Ruzbeh Pirinin  fotoları əks etdirilib.

Qeyd edək ki, həmçinin bu günlərdə azərbaycanlı fəal Cəfər İsmayılzadə yaxalanaraq, rejimin Təbrizdə yerləşən zindanına köçürülüb.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …