GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən azərbaycanlı uşaqların türk dilində təlimi məqsədilə çox sayda braşura və poster hazırlanaraq, paylanılıb.
Bir qrup azərbaycanlı milli-mədəni fəal tərəfindən türk dilində hazırlanaraq, may ayının 31-də paylanılan şəkilli braşura və posterlər uşaqlar üçün nəzərdə tutulub və uşaqlar bu vasitə ilə heyvanların türkcə adını öyrənəcəklər.
Azərbaycanlı fəallar beləliklə, irqçi fars rejiminin azərbaycanlı uşaqlara türk dilini unutdurma cəhdinə qarşı maraqlı bir iş görmüş olublar. Bununla azərbaycanlı uşaqların türk dilinə marağını artırmaq qarşıya məqsəd qoyulub.