Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə bələdiyyə məmurları səyyar satıcılara divan tutur-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin iqtisadi tənəzzüllə həyatı əhali üçün dar etdiyi bir vaxtda iyunun 20-də Ərdəbil şəhərinin Təzə meydanında ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olan səyyar satıcılardan biri ilə xalçalarını müsadirə etməyə çalışan bələdiyyə məmurlar arasında arasında qarşıdurma baş verib.

Molla rejimin polisi ilə əlbir olan rejimin bələdiyyə işçilərinin zorakılığına məruz qalan səyyar satıcı deyir: “Arabamı götürdülər, qaytarmırlar, o çörəyi ailəmə aparıram, bir tikə çörək bizə haramdır!”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda əhalini hər tərəfli müstəmləkə etmək məqsədilə, onları sərbəst satıcılıq etməyə də mane olurlar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …