Çərşənbə , Aprel 30 2025
azfa

Ərdəbili anaya 18 il əvvəl oğluuna “Anar” adı qoymağa icazə verməyiblər

GADTB: İrqçi fars-molla rejimin türk adlarına qarşı təzyiqləri davam edir. Bu dəfə ərdəbilli ana 18 il öncə oğluuna “Anar” adı qoymasına icazə vermədiklərini deyib.

Azərbaycanlı ana Arizə Xudayi Balamın Adı kampaniyasına bununla bağlı deyib: “18 il əvvəl Vətəndaşlıq Vəziyyəti Aktlarının rəsmiləri oğluma Anar adını qoymağa icazə vermədilər və bizi başqa ad seçməyə məcbur etdilər. Amma yenə də gözüm, ürəyim Anar adını axtarır və nə vaxt bu adı eşitsəm duyğulanıram! Yoldaşım Anar adını çox sevirdi. Biz bu adı tanınmış Azərbaycanlı yazıçı Anarın adından ilhamlanaraq seçmişdik. Uşağımız 2007-ci ildə doğulanda və biz doğum haqqında şəhadətnamə almaq üçün Ərdəbil Vətəndaşlıq Dairəsi İdarəsinə gedəndə məmurlar bu ada sənəd verməkdən imtina etdilər. Bəhanələri belə oldu ki, Anar adı `Annamaq` (anlamaq) kökündən gəlir, ona görə də doğum şəhadətnaməsində bu ad `Annar` kimi yazılmalıdır. Ancaq doğum şəhadətnaməsində iki eyni hərfi yanaşı yazmaq olmazmış. Biz onlara `Məhəmməd` adının da belə olduğunu xatırladanda onlar bu adın istisna olduğunu dedilər.”

Sözsüz ki, türk dilində “annamaq” deyə bir yazılış yoxdur, “anlamaq” var. “Anar” adı da bu kökdən, yaxud anan-xatırlayan köklərindən törəmişdir.

Arizə Xudayi söhbətinin davamında oğullarına “Anar” adını seçə bilmədiklərini, “Uxtay” (Oktay) adını seçmək qərarına gəldiklərini bildirdi.

“Sonradan iki dostum övladına Anar adı ilə doğum haqqında şəhadətnamə ala bildilər. Ancaq biz bu haqdan heç bir səbəb olmadan məhrum edildik. 18 il keçməsinə baxmayaraq gözüm və ürəyim Anar adına dikilib. Hələ də bu adı eşidəndə duyğulanıram!”

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə doğum şəhadətnaməsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …