Gündəlik Arxivlər: May 14, 2025

Güney Azərbaycanda 200 min xalçaçı işini itirib

GADTB: Şərqi Azərbaycan əyalətində xalça ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və 200 min toxucunun işsiz qalması ilə nəticələnib. Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin rəhbəri Əlirza Novin bu barədə açıqlama verib. Novin deyib: “Bu məsələ ölkənin ən yüksək qərarverici orqanları səviyyəsində qaldırılmalı, maneələrin aradan qaldırılması və Təbriz …

Ətraflı oxu »

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər. Üzərində “edama yox”, “edam hökmlərinin icrasını dayandırın” şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər. Qeyd edək ki, həmin gün eyni …

Ətraflı oxu »

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, abidə Qacarlar dövründə tikilib. Hələlik Təbrizin Mədəni İrs İdarəsi məsələyə münasibət bildirməyib. Tarixi evin dağıdılmasında kimin məsuliyyət daşıdığı hələlik bəlli deyil. Bu tarixi ev Qacar ​​türklərinin yadigarı idi və Təbrizin Bahar küçəsində yerləşirdi. Bunu kimin, …

Ətraflı oxu »

Ermənistan ordusu Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

GADTB: Ermənistan ordusu Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı oxu »

Həbsdə olan azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı gənc milli fəal Behzad Paşazadə Urmiyanın mərkəzi zindanından 700 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb. Azərbaycanlı milli fəal mayın 7-də “etnik mənsubiyyəti təhqir etmək” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq şəxsi mağazasında həbs edilib. Ona qarşı irəli sürülən ittiham barədə məlumat …

Ətraflı oxu »